Xəbər lenti

Qaz idarəsinin işçisini döyüb öldürdülər - VİDEO
Ölkə09:54 19.11.2016

Qaz idarəsinin işçisini döyüb öldürdülər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafa Qaz İstismarı Sahəsində sürücü işləyən şəxsi öldürənlər tutulub.
Qaynarinfo.Az ARB TV-yə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri - Samir Əliyev və Fərid Əliyev paytaxtın Sabunçu rayonu ərazisində saxlanılıblar.
Xatırladaq ki, Bakı şəhər sakini Tural Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti noyabrın 13-də Ağstafa sakini Samir Əliyevə məxsus "VAZ-2106" markalı avtomobildə xəstəxanaya gətirilmişdi.
Faktla bağlı araşdırmalar davam edir.
Qaynarinfo.Az