Xəbər lenti

Qaz İdarəsinin müdiri işdən çıxarıldı
Ölkə09:56 25.11.2014

Qaz İdarəsinin müdiri işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Göyçay Qaz İstismar İdarəsinin müdiri Murtuz Salahov işdən azad olunub. Göyçaydakı mənbənin aktual.az-a bildirdiyinə görə, ona cinayət işinin açılması da gözləniləndir.

İdarə müdiri bir çox rayon kəndlərində köhnə qaz borularının kəsilib satılması, müqaviləsiz sayğacların quraşdırılması  səbəbindən işini itirdiyi bildirilir.

Məsələ ilə bağlı Murtuz Salahovun özü ilə əlaqə saxladıq. O, işdən azad olunması xəbərini Aktual.az-a təsdiqlədi.

Rayondakı mənbənin daha bir məlumatına görə, qaz borularının kəsilməsi ilə bağlı Göyçay Qaz İdarəsinin işçiləri polis idarəsinə çağrılıb və onlardan izahat alındığı deyilir.

Xatırladaq ki, Göyçay Qaz İdarəsinin müdiri Murtuz Salahovun qanunsuz əməlləri ilə bağlı Aktual.az-da  bir neçə dəfə faktlara əsaslanan yazılar dərc olunub.

Qaynar.info