Xəbər lenti

Qaz, işıq, su təchizatında problemlər varmı? - Jurnalistlər danışır
Ölkə13:41 23.11.2016

Qaz, işıq, su təchizatında problemlər varmı? - Jurnalistlər danışır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Artıq bir neçə gündür ki, Bakıda havalar soyuyub.

Havalar soyuması zamanı qaz, işıq və suyun təhcizatında problemlər varmı? Qaynarinfo.Az mövzu ilə bağlı ölkə jurnalistləri arasında sorğu keçirib:

Natiq Cavadlı (müstəqil jurnalist): 

"Sumqayıt şəhəri 6-cı mikrorayon 35-ci binada istilik sistemi işləmir. Nəticədə evlər soyuyur. Qaz problemimiz uzun müddətdir ki, var. Adətən gecələr qaz kəsilir. "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə mətbuatda bildirib ki, qazın kəsilməsi barədə onlarda hər hansı məlumat yoxdur, əgər belə şey varsa, müraciət etsinlər. Mən elə Qaynarinfo.Az vasitəsilə müraciət edirəm, biz belə problem yaşayırıq".

Aytən Fərhadova (müstəqil jurnalist): 

"Yaşadığım Sumqayıt şəhəri 13-cü mkr ərazisində qaz, su, işıq təhcizatında hələ ki, heç bir problem yoxdur".

Şəmşad Ağa (Arqument.Az saytının baş redaktoru): 

"Yaşadığım Hövsan qəsəbəsində istilik sistemi ilə bağlı problemimiz var. Ayın 15-dən qış rejiminə keçilsə də, fasilələrlə işləyir. Bəzən olur ki, gün ərzində işləmir. Qış rejimindən bir həftə keçsə də, problem qalır və həll olunmur. Sadəcə olaraq, mətbuatda açıqlanır ki, qış rejiminə keçirilib, amma problem hələ də qalır. Həmçinin əhalinin qazla təmin edilməsində də fasilələr yaranır. Hər il olduğu kimi, ənənəvi olaraq bu ildə Bakının qışa hazırlığının bərbad halda olduğunu görürük".

Əfqan Qafarlı (modern.az saytının redaktoru): 

"Nərimanov rayonu, Böyükşor qəsəbəsində yaşayıram. Bizim ərazidə ciddi problem yoxdur. Qazın təzyiqi normaldır. Hava soyuyandan kommunal xidmətlərlə bağlı heç bir problem yaşamamışıq".

Təranə Xudabaxşıyeva (sputnik.az, muxbir):

"Yasamal rayonu Ələkbər Ələsgərov küçəsində qazla bağlı problem olmasa da, istilik sistemində problemlər var. İstilik sistemi demək olar ki, yox səviyyəsindədir. İşıq və su ilə bağlı problem yoxdur".

Azər Rəşidoğlu (müstəqil jurnalist): 

"Yaşadığım Badamdar qəsəbəsində qaz və işıq problemi var. Su problemi isə daha çox olur. Kanalizasiya sistemi isə bərbaddır. Bununla bağlı, qonşular müraciət edib, amma nəticə yoxdur".

Pərvin Zeynal

Qaynarinfo.Az