Xəbər lenti

Qaz pulu yığanı qətlə yetirdi, sonra özünü öldürdü - DƏHŞƏT
Ölkə14:04 22.08.2013

Qaz pulu yığanı qətlə yetirdi, sonra özünü öldürdü - DƏHŞƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib.

İmişli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Nəriman Nərimanov küçəsi, 171 ünvanında qeydə alınıb.

Rayon sakini, 1944-cü il təvəllüdlü Davud İslam oğlu Abbasov aralarında yaranan münaqişə nəticəsində rayon ərazisində qaz pulu yığan 1962-ci il təvəllüdlü Mübariz Xosrov oğlu Fərəcovu  tüfəngdən atəş açaraq qətlə yetirib.

Daha sonra D. Abbasov özünü tüfənglə özünü də vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Qaynar.info