Xəbər lenti

Qazaxda 1-i qadın olmaqla, 4 nəfər bıçaqlandı
Ölkə19:09 26.07.2020

Qazaxda 1-i qadın olmaqla, 4 nəfər bıçaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən iki bıçaqlanma hadisəsi olub.
Qaynarinfo xəbər verir ki, hadisələrdən biri kafedə baş verib. Belə ki, aralarında yaranan mübahisə davaya çevrilən 1971-ci il təvəllüdlü Qazax rayon sakini Əsliyev Mərdan Mehrəli oğlu qabırğasından, 1987-ci il təvəllüdlü Abbasov Elvin Zeynal oğlu sarğı nahiyyəsindən, 1964-cü il təvəllüdlü Aslanov Şahid İsmayıl oğlu sol bud nahiyyəsindən bıçaqlanıb. Hər 3 yaralı xəstəxanaya yerləşdirilib.
Bundan başqa, 1994-cü il təvəllüdlü Şamayeva Türkan Mehdi qızı sol bud nahiyyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının sözlərinə görə, o, taksi sürücüsü ilə mübahisə zəminində bıçaqlanıb.
Hər iki fakt üzrə araşdırma aparılır. (qafqazinfo)