Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Xudiyeva Vusal Faiq oğlu və 1957-ci il təvəllüdlü Yusifova Almaz Həmid qızı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Zəhərlənənlərin bir ailənin üzvləri olduğu bildirilir və onların doğum günü tortundan zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!