Xəbər lenti

Qazaxda tutulan oğru polisə qumbara verdi - FOTO
Ölkə 14:02 23.03.2017

Qazaxda tutulan oğru polisə qumbara verdi - FOTO

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silsilə oğurluq törətdiyinə görə şübhəli şəxs kimi saxlanılan 25 yaşlı Sənan Abdalov istintaqa ifadəsində istifadəyə yararlı F1 əl qumbarasını könüllü şəkildə təhvil vermək istədiyini deyib.

APA-nın verdiyi məlumata görə, araşdırma nəticəsində məlum olub ki, qumbaranı S. Abdalova Qazax rayon sakini Hətəm Rəfiyev verib.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Qeyd edək ki, S. Abdalov və Quliyev Orxan İlqar oğlu rayonda kompüter satışı mağazasından iki ədəd notbuk və ötən ilin dekabrında iki ədəd televizor oğurladıqlarına görə saxlanılıblar.


Qaynar.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->