
Qazax rayonunun Ermənistanla cəbhə xətti boyunca yerləşən Məzəm və Quşçu-Ayrım kəndinin sakinləri yaşayış yerlərini tərk edirlər.
Qaynar.info-nun hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, buna səbəb artıq bir neçə gündür erməni silahlı qüvvələrinin mülki əhalinin kompakt yaşadığı kəndləri iri çaplı sılahlarla intensiv şəkildə atəşə tutmasıdır.
Sakinlər gün ərzində təşviş içində erməni postlarından kəndin görünməyən hissəsində gizlənməyə məcbur olurlar. Məlumatda o da bildirilir ki, Məzəm kəndində ümumiyyətlə əhali qalmayıb. Quşçu-Ayrım da isə daha çox qocalar və uşaqlar kənddən çıxarılıb.
Müxbirimiz qeyd edir ki, Qazaxdan Quşçu-Ayrıma gedən magistral yol erməni postlarının nəzarəti altında olduğu üçün sakinlər məcbur olub keçilməz şəraitə malik və insan həyatı üçün real təhlükə olan Fərəhli kəndi istiqamətindn keçən yoldan yararlanmağa məcbur olurlar. Bir sözlə, kənd blokada şəraitindədir.
İlqar Vəliyev



