Xəbər lenti

Qazaxıstanın "Manqistau" raket-artilleriya gəmisi Bakıya gəldi
Ölkə15:42 30.07.2019

Qazaxıstanın "Manqistau" raket-artilleriya gəmisi Bakıya gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin "Manqistau” raket-artilleriya gəmisi iyulun 30-də Bakıya gəlib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində baş tutacaq "Dəniz Kuboku” müsabiqəsində iştirak etməkdir.
Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2019” avqustun 3-dən 17-dək keçiriləcək.