Müasir
dövrün "Qazaxıstanlı Vanqası” kimi tanınmış görücü Vera Lionun gələcəklə bağlı
proqnozları demək olar, bütün dünyada məşurdur. Bu "cadugər”in proqnozlarının əksəriyyəti
gerçək olub, buna görə çoxlarının onun 2021-ci il üçün proqnozları ilə
maraqlanması təəccüblü deyil. Vera Lionun
2021-ci il üçün proqnozuna görə, bu dövr müxtəlif hadisələrlə zəngin olacaq,
ancaq dünyada heç bir qlobal dəyişikliyə səbəb olmayacaq və bu səbəbdən də bəşəriyyətin
məhviylə bağlı qorxmağa gərək yoxdur.
Qaynarinfo
xəbər verir ki, Vera Lion çox sayda "uçan avtomobilin” 2021-ci ildə satışa
çıxarılacağını deyib. Yeni tipli bir kosmik gəmisi yaradılacaq, onun köməyi ilə
Aya yeni, tam bir ekspedisiya etmək mümkün olacaq.
2021-ci
ildə dünyaya yağacaq buz yağışları üzündən dünya okeanının sahəsi artmalıdır. Bəzi
ölkələr arasında sərhədlər dəyişəcək. Yeri gəlmişkən, onlar Rusiyaya da təsir
edəcəklər. Bununla birlikdə, qazaxıstanlı görücü Uzaq Şərqdəki adaların hələ də
Rusiya Federasiyasının bir hissəsi olaraq qalacağını qeyd edib.
Dünyanın
siyasi arenasında müəyyən dəyişikliklər olacaq. Buna tanınmış rus siyasətçilərindən
birinin ölümü çox təsir edəcəkdir. Vera Lion onun adını açıqlamayıb.
Vera Lion
2021-ci il üçün Rusiya ilə bağlı bu məqamları qeyd edib:
- xarici
dövlətlər tərəfindən tətbiq olunan sanksiyaların əksəriyyəti ləğv ediləcək,
buna cavab olaraq Rusiya güzəştə getməyəcək və sanksiyalarını qüvvədə saxlayacaq;
- dolların
sərbəst dövriyyəsi ləğv ediləcək;
- Rus
alimləri bu günə qədər bəşəriyyətə məlum olmayan inanılmaz gücdə yeni silahlar
icad edəcək;
- təlim
sınaqları və ya elmi araşdırmalar nəticəsində nüvə partlayışı baş verəcək
(itkilər minimum olacaq).
Vera Lionun
2021-ci ilə dair proqnozlarının həyata keçib-gəlməyəcəyini zaman göstərəcək. Bizi isə indi yalnız Azərbaycan sərhədlərinin tam bərpa olunması maraqlandırır...
Alpər
Şərhlər