Xəbər lenti

“QAZel” 54 yaşlı qadını vurdu - SİYƏZƏNDƏ
Ölkə19:50 30.03.2016

“QAZel” 54 yaşlı qadını vurdu - SİYƏZƏNDƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün axşam saatlarında Siyəzən rayonunun Yenikənd yaşayış massivi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

25 yaşlı Şabran rayon sakini Məlikov Adil Firuz oğlunun idarə etdiyi “Qazel” markalı yük avtomobili piyada, Siyəzən rayon sakini, 1962-ci il təvəllüdlü İsrafilova Nailə Həsən qızını vurub.

Nəticədə, 54 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzanın sürücünün ehtiyatsızlığı ucbatından baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Qaynar.info