Xəbər lenti

“Qəbələ” iordaniyalı futbolçunu transfer etdi
12:36 01.09.2021

“Qəbələ” iordaniyalı futbolçunu transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qırmızı-qaralar” iordaniyalı Omar Hani ilə anlaşıb. 22 yaşlı cinah yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına vətənində başlayan Omarın ilk klubu "Əl-Faysali" olub. O, 2019-cu ildə Kipr təmsilçisi APOEL-ə keçib. 2019-21-ci illərdə bu komandanın şərəfini qoruyan Hani 2020-21-ci illərdə icarə əsasında Nikosiya "Olimpiakos”unda da çıxış edib.
İordaniyanın U-19 və U-23 milli komandalarının formasını geyinmiş yarımmüdafiəçi əsas yığmada 1 oyun keçirib.
Səbuhi Həsənov

Oxşar xəbərlər