Xəbər lenti

Qəbələ paytaxt oldu
Ölkə11:28 26.06.2013

Qəbələ paytaxt oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2013-cü ildə Qəbələ (Azərbaycan), Gümrü (Ermənistan) və Mogilyov (Belarus) MDB-nin mədəniyyət paytaxtları elan olunub.

Bu barədə MDB ölkələri Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun müşaviri Aleksandr Luçaninov bildirib.

Onun sözlərinə görə, iyunun 29-da Qəbələdə "MDB-nin mədəniyyət paytaxtları - 2013” dövlətlərarası proqramının təntənəli açılış mərasimi keçiriləcək.

Mərasimə fondun İdarə Heyətinin sədri Polad Bülbüloğlu və MDB ölkələrinin nümayəndələrindən ibarət böyük heyət qatılacaq. 28-30 iyun tarixlərində tədbir çərçivəsində dəyirmi masalar və panellərin təşkil olunması nəzərdə tutulub.

Açılış mərasimi ilə əlaqədar Qəbələdə MDB ölkələrindən olan yaradıcı kollektivlərin iştirakı ilə konsertlər təşkil olunacaq.

APA