Xəbər lenti

"Qəbələ" üç yoldaşlıq matçı keçirəcək
İdman12:36 27.12.2021

"Qəbələ" üç yoldaşlıq matçı keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
 
Qaynarinfo xəbər verir ki, "Qırmızı-qaralar” 2021/22 mövsümünün ikinci yarısının hazırlığına yanvarın 6-da start verəcək. Elmar Baxşıyevin yetirmələri bu mərhələdə məşqlərini Bakıda gerçəkləşdirəcək. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulmayıb.
"Qəbələ” yanvarın 15-də Türkiyəyə yollanacaq. "Qırmızı-qaralar” Antalyanın Bələk bölgəsindəki "İC Santai” otelində məskunlaşacaq.
Ayın 25-dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama matçı baş tutacaq. Bu qarşılaşmalar yanvarın 17-də, 20-də və 24-də keçiriləcək. Komandanın üz-üzə gələcəyi rəqiblər hələlik dəqiqləşməyib.
Səbuhi Həsənov