Xəbər lenti

Qəbələ “Xanlar”ının xanlığı - Turistlərə "ayı xidməti"
Ölkə06:04 25.08.2015

Qəbələ “Xanlar”ının xanlığı - Turistlərə "ayı xidməti"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qəbələ"nin "Xanlar" restoranının adı məşhur "ayı kababı" qalmaqalı ilə bağlı artıq hamıya tanışdır. 

Qaynar.info xəbər verir ki, elə restoranın girişində nəhəng ayı dərisinin nümayişkaranə şəkildə asılması da buna işarədir. Həmin 1 milyoluq kabab qalmaqalının baş verib-verməməsi bizim yazının mövzusu deyil. Amma orada hər gün müştərilərin soyulması faktdır.

Təbiətin gözəl mənzərəsində yerləşərək ilk baxışdan zövqü oxşayan bu “İstirahət mərkəzi”nin pərdəarxası baş verənlər həqiqətən insanın canını bir müddət “rahatlayır”. Ölkə başçısının bu restoranda olmasını, buranı bəyənməsini əllərində şüar edərək müştərilərə istədikləri qiyməti deyən restoran rəhbərliyi çəkinmədən istədiklərini edirlər. Restorana qonaq olan ailə sonda hansı mənzərə ilə rastlaşacağından xəbərsiz dincəlməyə qərar verir. Sifariş verdin-vermədin masanın üzərinə gələn qəlyanaltı və içəcəklər ilk baxışdan xoş görünür, amma sonunda verdiyin sifariş birə beş hesaba vurularaq London restoranı qiymətinə yazılır bixəbər müştərinin ayağına. 

Hələ bəzən restoranın mərkəzində bir qədər daha səliqəli və bəzədilmiş yeri göstərərək burada Kəmaləddin Heydərov oturur deyə fəxr ilə restoranlarının “tas”ını qaldırmağa çalışırlar. Ən maraqlı məqamlardan biri də odur ki, sifarişini verdin-vermədin sənə “yüklənən” “şotun” 10 faizini əlavə olaraq ofisantın xidmət haqqı adı ilə müştəridən alırlar. 

Amma ofisantlarla qeyri-rəsmi söhbətdə onların qəpik-quruş aldığı məlum olur.

Bəs görəsən müştərilərə heç bir qəbz filan verməyən restoran sahibi dövlətə nə qədər vergi ödəyir?  Bəs hər bir müştəriyə “oxuduğu” hesabın 10%-ni ofisanta xidmət haqqı kimi tutan restoran görəsən bu ofisantlar ilə əmək müqaviləsi bağlayıbmı? Bunu da araşdırmaq artıq müvafiq qurumların işidir. Əgər bu "xanlıq ərazisinə" girməyə cürətləri çatırsa...

Qaynar.info