Xəbər lenti

Qəbələdə adı “Qırmızı Kitab”a düşən maral ovlanıb
Ölkə07:17 28.12.2018

Qəbələdə adı “Qırmızı Kitab”a düşən maral ovlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonunda adı Azərbaycanın "Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, dekabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Vəndam meşəbəyliyində atəş səsi eşidilməsi, əraziyə baxış zamanı isə kəsilmiş maral başı, 2 ayaq və dəri aşkar edilərək götürülməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Dekabrın 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən edilib. Qanunsuz ov etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakini Tehran Aydınlı saxlanılıb. Ondan müvafiq sənədləri olan "TOZ-16” markalı ov tüfəngi götürülüb.
Rayon Polis Şöbəsində araşdırma aparılır.