Xəbər lenti

Qəbələdə ağır qəza: 2 nəfər öldü
Ölkə05:47 08.08.2014

Qəbələdə ağır qəza: 2 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı - Oğuz yolunun 225-ci km-də Qəbələ rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

FHN mətbuat mərkəzindən Ans press-ə daxil olan xəbərə görə, qəza “Mercedes” markalı 2 avtomobilin toqquşması ilə meydana gəlib. 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, minik avtomobillərindən biri deformasiyaya uğrayıb, sürücü və 1 sərnişinin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Qaynar.info