Xəbər lenti

Qəbələdə ərəb turistlərin kirayə qaldığı ev yandı: ölən və yaralananlar var
Ölkə07:19 08.10.2018

Qəbələdə ərəb turistlərin kirayə qaldığı ev yandı: ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub.
Qaynarinfo report-a istinadən xəbər verir ki, yanğın nəticəsində bir nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisə zamanı evdə olan Küveyt vətəndaşları - 1993-cü il təvəllüdlü Əhmad Adnan Əl-Həmidi, 2001-ci il təvəllüdlü Nura Adnan Əl-Həmidi, 1989 -ci il təvəllüdlü Sara Adnan Əl-Həmidi, 2017-ci il təvəllüdlü Adam Mudar Əl-Dehni, 1960-ci il təvəllüdlü Raba Muhammed Əl-Rovaşda, 1958-ci il təvəllüdlü Adnan Əl-Həmidi müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir. 
Faktla bağlı araşdırmalar davam etdirilir.