
Martın 25-də, səhər saatlarında Qəbələdə "Azəri Trans” tikinti şirkətinin fəhlələri etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları bildiriblər ki, işçi hüquqlarının tapdalanmasınadan, əmək müqavilələrinin olmamasından və maaşlarının azlığından şikayət edirlər.
Aksiya iştirakçıları deyiblər ki, 2 ay əvvəl çalışdıqları şirkətdən əmək müqaviləsi tələb etdiklərinə görə, 46 nəfər işdən azad edilib. Aksiyaçılar bununla bağlı prezidentə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də məktubla müraciət ediblər.
Aksiyaçılarla görüşən Qəbələ Rayon İcra Hakimiyyətinin baş arxitektoru onların tələbləriylə tanış olduğunu, qarşıdan gələn iş günlərində problemlərin həll ediləcəyini deyib.
Aksiyaya dinc şəraitdə keçib və polis müdaxiləsi olmayıb.
Aksiyadan əməkdaşımızın hazırladığı daha geniş məlumat az sonra sayta yerləşdiriləcək./azadlıq.az/