
Qəbələdə bir qrup fəhlə etiraz aksiyası keçirmək istəyib. "Azadlıq" radiosunun məlumatına görə, aksiyanın qarşısını almaq üçün əraziyə polis dəstələri cəlb olunub.
Aksiyada fəallıq göstərən iki nəfəri polis saxlayıb.
Xatırladaq ki, martın 25-də Qəbələdə "Azər-trans” tikinti şirkətinin bir qrup işçisi aksiya keçirmişdi. Onlar bir-neçə aydan qalan maaşlarının verilməsini və onlarla əmək müqaviləsinin uzadılmasını tələb etmişdilər. Fəhlələr tələblərinin yerinə yetirilməyəcəyi halda yenidən aksiya keçirəcəklərini bildirmişdilər.
Qaynar.info