Qəbələ rayonunun Bılıx kəndində 3 ha biçilməmiş taxıl sahəsi yanıb.
Qaynarinfo-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqda olan əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.