Xəbər lenti

Qəbələyə birbaşa uçuşların açılması nə vəd edir?
Ölkə 18:12 27.03.2025

Qəbələyə birbaşa uçuşların açılması nə vəd edir?

Qəbələ Beynəlxalq Hava Limanının açılması qarşıdakı aylarda Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olacaq.

Bu barədə Qaynarinfo-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib. Onun sözlərinə görə, turist üçün birbaşa uçuşların açılmasının müsbət tərəfləri çoxdur:

"Ölkəyə Çindən, Hindistandan, dünyanın bir çox ölkələrindən daha çox turist gələcək. Birbaşa hava əlaqələrinin olması Azərbaycana gələn turist sayına təsir göstərəcək”.
 
 

Ekspert bildirib ki, hər bir turist getmək üçün ölkə seçərkən hər zaman alternativlərə üstünlük verir:

"Bir turistin gedə biləcəyi ölkə çoxdur. Amma onun üçün ən əlverişlisi məkanalara tez və rahat çatmasıdır. Bundan əlavə, viza reyiminin olmaması, xidmət və alış-veriş qiymətlərin ucuz olması çox önəmlidir. Bu mənada Qəbələ şəhərinə açılan birbaşa uçuşlar çox əlverişlidir”. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->