Xəbər lenti

Qəbiristanlıqda mərmər sinə daşı oğurlandı
Ölkə16:03 12.12.2016

Qəbiristanlıqda mərmər sinə daşı oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bərdədə qəbiristanlıqdan oğurluq edilib.

Qaynarinfo.Az DİN-ə istinadən xəbər verir ki, dekabrın 11-də Bərdə şəhər sakini Zülfü Əmrəliyev Bərdə Rayon Polis Şöbəsinə müraciət edərək sentyabrın 11-də Cəyirli kənd qəbiristanlığında dəfn edilmiş qardaşının məzarının mərmərdən olan sinə daşının və 2 ədəd güldanın oğurlanmasını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ceyhun Sadıqov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin qəbiristanlıqdan daha 1 məzarın mərmərdən olan sinə daşını oğurlaması da müəyyənləşib.

Qaynarinfo.Az