Xəbər lenti

Qəbiristanlıqdan sinə daşı oğurlandı - Meyitin üstü açıq qaldı
Ölkə15:17 09.01.2017

Qəbiristanlıqdan sinə daşı oğurlandı - Meyitin üstü açıq qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda "Yasamal qəbirstanlığı" kimi tanınan ərazidən qranitdən olan sinə daşı oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında qeydə alınıb.

Hadisə barədə Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edən 1993-cü il təvəllüdlü Namiq Əliyev məlumat verib. Hadisənin qeydə alındığı "Yasamal qəbirstanlığı" kimi tanınan əraziyə Yasamal RPİ-nin əməkdaşları baxış keçirib. Müəyyən olunub ki, N.Əliyevin mərhum qohumunun qəbirinin qırmızı qranitdən olan sinə daşı oğurlanıb. Nəticədə meyitin üstü açıq qalıb.

Bununla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.

Qaynarinfo.Az