Xəbər lenti

Qəbul imtahanında ən yüksək nəticə göstərən gənc magistratura imtahanında da yüksək bal toplayıb (FOTO)
Ölkə05:54 14.06.2023

Qəbul imtahanında ən yüksək nəticə göstərən gənc magistratura imtahanında da yüksək bal toplayıb (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Ali Neft Məktəbinin məzunu Abiyev Anar Mərhəmət oğlu magistraturaya qəbul imtahanında yüksək nəticə (99 bal) göstərib.
Qaynarinfo xəbər verir ki, A.Abiyev 2018-ci ildə keçirilən qəbul imtahanında da ən yüksək nəticə toplayan abiturientlərdən biri olub. 
Belə ki o, 2018-ci ildə qəbul imtahanlarının ilk cəhdində 677 bal toplayıb. Daha yüksək nailiyyəti hədəfləyən Anar 2-ci cəhddə 700 bal toplayaraq arzuladığı Bakı Ali Neft Məktəbini seçib.
Anar bu il magistraturaya qəbul imtahanlarının ilk cəhdində 96 bal toplasa da növbəti cəhdində bu rəqəmi 99-a çatdırmağı bacarıb.