Xəbər lenti

Qəbul imtahanının suallarının cavablarına artıq BURADAN BAXIN
Ölkə10:14 13.05.2019

Qəbul imtahanının suallarının cavablarına artıq BURADAN BAXIN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi.
Qaynarinfo xəbər verir ki, ötən illərdən fərqli olaraq ilk dəfə qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları "Space” televiziyasında yayımlanmadı, bunun əvəzinə isə cavablar DİM-in Youtube və Facebook hesabları vasitəsilə iştirakçılara təqdim olundu və abituriyentlərin sualları da cavablandırıldı.
Məlumat üçün qeyd edək ki, bundan sonra keçiriləcək yaz qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları internet vasitəsilə canlı yayımlanacaq. Yəni artıq "Space” televiziyasında doğru cavabların veriləcəyini gözləməyin. Bunun bir üstünlüyü də odur ki, televiziyadakı proqramdan fərqli olaraq, internetdəki materiala təkrar-təkrar baxmaq mümkündür.   
Xatırladaq ki, mayın 19-da növbəti II, III, ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
Həmçinin bildirək ki, dünənki imtahanla bağlı olaraq bu gündən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.
Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.