
Azərbaycanda bu il ali məktəblərə qəbul imtahanlarının keçirilməsi zamanı ilk dəfə helikopterlərdən istifadə ediləcək.
Gün.Az xəbər verir ki, bunu TQDK sədrinin müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, helikopterlər vasitəsilə imtahan materiallarının vaxtında yerlərə çatdırılması təmin ediləcək.
“Bu il də ali məktəblərə qəbul imtahanları bütün yerlərdə saat 11:00-da başlayacaq və məhz bu il ilk dəfə olaraq imtahanlar respublikanın 11 şəhərində - Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Ağcabədi, Şəki, Göyçay, Şirvan, Lənkəran, Mingəçevir, Qubada keçiriləcək. Paytaxtından yerlərdə keçiriləcək imtahanlarda materialların çatdırılması helikopterlər vasitəsilə həyata keçiriləcək.
Namiq Babayev həmçinin bildirib ki, abituriyentlərin imtahan otaqlarında yerləşdirilməsi zamanı onların yaş qrupları nəzərə alınacaq. 18 yaşına kimi abituriyentlər eyni, 18-20 yaşlı abituriyentlər eyni, 20 yaşdan yuxarı abituriyentlər eyni otaqda yerləşdiriləcək.
Qaynar.info