Ölkə 16:20 03.02.2024

"Qədim Naxçıvan"da dava düşdü, müştərilər televizoru sındırdı

Abşeron rayonu, Yeni Bakı Yaşayış Kompleksində yerləşən "Qədim Naxçıvan" restoranında dava düşüb. 

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə iki nəfər saxlanılıb. Saxlanılanlardan birinə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib. 

1991-ci ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş Orxan Həsənov (ad-soyad şərti) iş yoldaşı Elşən Cəfərovla birlikdə sözügedən restoranda yeyib-içib. Daha sonra restoranda ofisant xanımla mübahisə yaranıb. Onlar restoranın kabinetində olan televizorun ekranını sındırıblar. 

İşə retoranın sahibi də qarışmalı olub. Onlar kafenin sahibinə yaranmış problemi sabah aradan qaldıra biləcəklərini, hazırda üzərlərində pulun olmadığını deyiblər. Mübahisə davaya çevirilsə də, həmin şəxslər bir gün sonra televizoru düzəldirəcəklərini deyiblər. Bundan sonra hadisə yetrinə polis gəlib. 

Məhkəmənin qərarı ilə Orxan Həsənov 150 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

Əhməd