Xəbər lenti

Qələbəyə görə veriləcək orden-medalların adları açıqlandı (SİYAHI)
Ölkə12:16 20.11.2020

Qələbəyə görə veriləcək orden-medalların adları açıqlandı (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar” qanuna dəyişiklik edilib. 
Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, 1-ci maddədə "Azərbaycan Respublikasının ən yüksək təltifi - "Heydər Əliyev” ordeni; hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilməsi təklif edilir:
"Zəfər” ordeni;
"Qarabağ” ordeni.
1.2. 2-ci maddəyə "Qızıl Ulduz” medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilməsi təklif edilir.
"Cəsur döyüşçü” medalı;
"Döyüşdə fərqlənməyə görə” medalı;
"Suqovuşanın azad olunmasına görə” medalı;
"Cəbrayılın azad olunmasına görə” medalı;
"Xocavəndin azad olunmasına görə” medalı;
"Füzulinin azad olunmasına görə” medalı;
"Zəngilanın azad olunmasına görə” medalı;
"Qubadlının azad olunmasına görə” medalı;
"Şuşanın azad olunmasına görə” medalı;
"Kəlbəcərin azad olunmasına görə” medalı;
 "Ağdamın azad olunmasına görə” medalı;
 "Laçının azad olunmasına görə” medalı;
 "Vətən müharibəsi iştirakçısı” medalı;
 "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı.