
Hakimlərin kimliyi də bəllidir
Azadliq.info saytının yaydığı məlumata görə Daxili İşlər Naziri Ramil Usubovla Fövqəladə Hallar Haziri Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıblar.
Yasamal rayon məhkəməsindəki mənbədən "Teleqraf.az" (TELEQRAF İNFORMASİYA AGENTLİYİ) saytına verilən məlumata görə, artıq hakimlərin kimliyi də məlumdur. Q.Zahidin Cinayət Məcəlləsinin 147.1 maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edən daxili işlər naziri Ramil Usubovun şikayəti üzrə işə hakim Zəfər Quliyev baxacaq. Proses martın 12-nə təyin olunub.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovin şikayəti üzr isə işə hakim Anar Rzayev baxacaq. K.Heydərov baş redaktorun CM-nin 147.2 maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edir. Bu iş üzrə məhkəmə prosesinin vaxtı hələlik təyin olunmayıb.
Xatıtrladaq ki, nazirlərin məhkəməyə müraciət etməsinə səbəb “Azadlıq” qəzetində dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” başlıqlı məqalədir.
Qaynar.info