
Milli Məclisin növbədənkənar sessiyasında çıxış edən deputat Qənirə Paşayeva magistrantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə toxunub.
Modern.az-ın məlumatına görə, o bildirib ki, 2012-2013-cü tədris ili başa çatır, məsələyə baxılmalıdır: “Zaman-zaman magistrantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı fikirlər səsləndirilir. Amma bu məsələ tam dəqiqləşməyib və tədris ili başa çatdığından magistrantlar narahatdırlar. Onlar dövlətə müraciət edirlər ki, bu məsələ nə yerdə qalacaq və sonu necə olacaq? Hesab edirəm ki, problem mütləq öz həllini tapmalıdır. Və onlara hərbi xidmətdən möhlət hüququ verilməlidir”.
Qaynar.info