Xəbər lenti

Qərargah: Dənizdə dalğanın hündürlüyü 9,3 metrə çatıb
Ölkə18:05 17.01.2019

Qərargah: Dənizdə dalğanın hündürlüyü 9,3 metrə çatıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış Qərargah hava şəraiti ilə bağlı növbəti məlumatını yayıb.
Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, bu gün saat 21:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub.
Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.