Xəbər lenti

Qərargahdan 190 manat açıqlaması
Ölkə14:04 15.04.2020

Qərargahdan 190 manat açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yardım almaq üçün vətəndaşlar mütləq işsiz kimi qeydiyyatdan keçməlidir".
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, bu məbləğ vətəndaşlara evdə oturaraq karantin rejiminə əməl etməsi üçün verilir.
"Kontekstdən çıxarıb baxanda bu məbləğ az görünə bilər, amma nəzərə alaq ki, onların övladlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Bundan başqa, çox sayda ictimai iş yerləri açılacaq. Ehtiyacı olanlara daim yardımlar davam edəcək".