Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində (VİDEO)
Azərbaycanın bir sıra bölgələrində olduğu kimi, Qərb bölgəsində də geniş yayılan dabaq xəstəliyi sakinləri narahat etməyə başlayıb.
Ağstafadan olan fermerlər bildirirlər ki, son iki ayda gəlir əvəzinə zərərlə qarşılaşırlar.
"100 heyvandan 95-də bu xəstəlikdən var. Bu il demək olar ki, boş yerə hamballıq etmişəm. Nə qədər vaxt sərf etmişəm, amma heç nə qazana bilməmişəm", - deyə fermer narazılığını bildirib.
Başqa bir fermer isə deyib: "Nə etsək də, xeyri yoxdur, tələf olmaq riskləri çoxdur".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər