Xəbər lenti

"Qərb derbisi"ni "Turan Tovuz" qazandı
İdman12:55 11.02.2023

"Qərb derbisi"ni "Turan Tovuz" qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində daha bir oyun keçirilib.
Qaynarinfo xəbər verir ki, "Turan Tovuz" doğma azarkeşlər önündə "Kəpəz"i qəbul edib. "Qərb derbisi"ndə Tovuzlular qələbəyə sevinib - 2:0. Tovuz komandasının qollarını Runi Eva (45+4) və Xəyal Nəcəfov (48) rəqib qapısından keçirib. 
Bu qələbə ilə Ayxan Abbasovun komandası xallarının sayını 23-ə yüksəldərək 6-cı pillədə möhkəmlənib.  
Turun ikinci oyun gününə "Qarabağ" - "Sabah" matçı ilə yekun vurulacaq.
Səbuhi Həsənov