Xəbər lenti

Qərb rayonlarında güclü külək və leysan bir sıra fəsadlar törətdi
Ölkə10:31 18.06.2023

Qərb rayonlarında güclü külək və leysan bir sıra fəsadlar törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qərb bölgəsinin dağlıq rayonlarında və Gəncə şəhərlərində hökm sürən qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib.
"Report”un məlumatına görə, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir rayonlarında həmçinin, Gəncə şəhərinə leysan yağışlar yağıb.
Güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti əkin sahələrinə, meyvə ağaclarına və digər təsərrüfatlara ciddi ziyan vurub.
Ucqar kəndlərə dolu düşüb, bəzi kəndlərin ərazilərindən sel keçib.
Yaxış suları səbəbindən Gəncə şəhərinin bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.
Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.