İranın şimal-qərbində 4 terrorçu məhv edilib.
"Qaynarinfo" axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb. SEPAH terroçuların Türkiyə ilə sərhəddə yerləşən Çaldıran şəhərində məhv edildiyini bildirib. Terrorçuların həmçinin iki dinc sakini də öldürdüyü vurğulanıb.
Qeyd edək ki, SEPAH terrorçuların hansı terror təşkilatına aid olduğunu bildirməyib.
Qaynarinfo.Az