Xəbər lenti

Qəribə məxluqların olduğu kənddən yeni görüntü - VİDEO
Ölkə17:21 29.07.2016

Qəribə məxluqların olduğu kənddən yeni görüntü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağdaş rayonunun Qoşaqovaq kəndində bir müddət əvvəl gecələr insanları qorxu içərisində saxlayan “naməlum varlıqlar” artıq narahatlıq yaratmır. 

Qaynarinfo.Az "Region TV"yə istinadən xəbər verir ki, kənd sakinləri deyirlər ki, iki həftə kənddə polis postları qurulandan sonra bu hal təkrarlanmayıb.

Ağdaş Rayon Polis Şöbəsindən isə bildirilib ki, kənddə bütün təhlükəsizlik tədbirləri görülüb. Bu günə qədər ərazidə heç bir əməliyyat-axtarış tədbirləri həyata keçirilməyib.

Qaynarinfo.Az