Xəbər lenti

Qəssablar qəzaya düşdülər - Ölən və yaralı var
Ölkə17:12 23.01.2017

Qəssablar qəzaya düşdülər - Ölən və yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsmayıllı rayonunun Qalacıq kəndində yol qəzası baş verib.

Qaynarinfo.Az azvision.az-a istinadən xəbər verir ki, "Qazel" markalı yük avtomobili kənd ərazisində körpüdən aşıb. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib. Sərnişinlərdən biri isə ağır yaralanıb. O, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qəzada dünyasını dəyişən şəxsin Qəbələnin Vəndam qəsəbəsinin sakini olduğu bildirilir. 

Məlumata görə, qəssab fəaliyyəti ilə məşğul olan Vəndam sakinləri Qalacıq kəndinə heyvan almaq üçün gedirmişlər.

Qaynarinfo.Az