Xəbər lenti

Qətər əmirinin Azərbaycan səfəri təxirə salındı
Ölkə06:17 05.08.2015

Qətər əmirinin Azərbaycan səfəri təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qətər əmiri Şeyx Təmim bin Həməd bin Xəlifə əl-Təninin Azərbaycana avqustun 5-6-da nəzərdə tutulan rəsmi səfəri təxirə salınıb.

Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, səfər qeyri-müəyyən müddətə təxirə salınıb və münasib vaxtda baş tutacaq.

Diplomatik mənbə səfərin təxirə salınmasının səbəblərini açıqlamayıb: "Hər şey qaydasındadır. Müəyyən səbəblərə görə, səfər başqa vaxtı baş tutacaq".

Qeyd edək ki, Qətər əmirinin Azərbaycana səfər zamanı regional və dünya məsələlərini müzakirə olunması nəzərdə tutulurdu. Həmçinin iki ölkə arasında bir sıra sahələr üzrə sazişlərin imzalanması da planlaşdırılırdı.

Qaynar.info