Xəbər lenti

Qətlindən 11 il keçdi
Ölkə06:14 02.03.2016

Qətlindən 11 il keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 11 il ötür.

Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. 

Elmar Hüseynov 1967-ci ildə Bakıda anadan olub. Elmar Hüseynov 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1985-1987-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub.

O, jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib.

2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman Monitor jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb. 2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Cinayəti keçmiş Milli Təhlükəsizlik Nazirliyi (İndiki Dövlət Təhlükəsizlik Xidməti ) araşdırdı. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

Ölümündən sonra Azərbaycanda Elmar Hüseynovun adını daşıyan fond yaradılıb. Fonda mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynova rəhbərlik edib. Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarından oğlu Aslanla birgə Norveçdə yaşayır.

Qaynar.info