Xəbər lenti

Qeydiyyat başa çatdı
Ölkə13:50 23.09.2013

Qeydiyyat başa çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 23-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməli idilər.

Ayrılan müddət ərzində rezidenturaya qəbul olan 504 nəfərdən 496 nəfəri müvafiq sənədlərini təqdim edərək qeydiyyatdan keçiblər. 8 nəfər qeydiyyat prosesində iştirak etməyib.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcək.

Qaynar.info