Xəbər lenti

Qeyri-adi oğurluq: Bayrağımızı apardılar
Ölkə05:54 06.08.2013

Qeyri-adi oğurluq: Bayrağımızı apardılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Yasamal rayonu ərazisində qeyri-adi oğurluq olub.
Rayon Polis idarəsindən Milli.Az-a verilən məlumata görə, avqustun 5-də Cavadxan küçəsində yaşayan Ramiz Məmmədova məxsus obyektlər qarət olunub. 
Onun Mikayıl Müşviq küçəsində yerləşən “Atribut” ofis ləvazimatları mağazasından Azərbaycanın bayraqları və 700 manat pul oğurlanıb. Oğrular həmin obyektin birinci mərtəbəsindəki “Aida” gözəllik salonunu da “süpürməyi” bacarıblar. Salona girən oğrular oradan 250 manat pul, 4 ədəd aparat oğurlayıblar. 
Oğrular ofisə dəmir barmaqlıqların kilidini sındırmaqla daxil olublar. 
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. 
Qaynar.info