Xəbər lenti

Qəzada ölən gənc polisin FOTOSU
Ölkə11:46 18.09.2016

Qəzada ölən gənc polisin FOTOSU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən polis zabitinin faciəvi şəkildə ölümü barədə xəbər vermişdik.
Göyçay Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Asiman Mustafayev rayon ərazisində xidmət zamanı qəzaya düşüb. Onun idarə etdiyi "Fiat" markalı avtomobil aşıb. A.Mustafayev aldığı xəsarətlərdən dünyasını dəyişib.
İsmayıllı rayonunda doğulan A.Mustafayev 27 yaşında idi. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi. Əvvəllər İsmayıllı rayonunda sahə müvəkkili işləsə də, bir ay əvvəl Göyçay Rayon Polis Şöbəsinə əməliyyat müvəkkili göndərilmişdi.
Criminal.az-ın məlumatına görə, iki uşaq atası olan A.Mustafayev dünən doğulduğu İsmayıllı rayonunda dəfn edilib.
Qaynarinfo.Az