Xəbər lenti

Qəzada ölən tələbə evin tək oğlu imiş - FOTO
Ölkə18:10 09.03.2017

Qəzada ölən tələbə evin tək oğlu imiş - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Atası ötən ilin aprelində vəfat edib

Bugünkü qəzada dünyasını dəyişən tələbə Rəşad Caniyev evin tək oğlu olub. Tələbənin atasının iş yoldaşının İstiPress-ə verdiyi məlumata görə, onun bir bacısı var.

Atası Füzuli Caniyev ötən ilin aprel ayında vəfat edib. Ölməmişdən əvvəl Suraxanı rayonunda neft buruqlarında çalışırmış. Neftçiymiş. İndi ailədən ana və qız qalıb.

Allah rəhmət etsin, qalanlara isə səbr versin!

Qaynar.Az