Xəbər lenti

Qəzada ölən xanım müğənni olub – Hamilə imiş
Ölkə08:07 26.09.2014

Qəzada ölən xanım müğənni olub – Hamilə imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 26-na keçən gecə Bakıda baş vermiş dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb. 
“Qafqazinfo” xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Xətai rayonu ərazisində, Zığ yolunda “VAZ 2107”, “Opel” və “QazEl” markalı avtomobillərin toqquşması nəticəsində həlak olan 24 yaşlı Bayramova Samirə Afət qızı müğənnidir. O, bir sıra mahnı müsabiqələrinin iştirakçısı və laureatı olub.
S.Bayramova bir müddət əvvəl ailə həyatı qurubmuş və hamilə imiş.
S.Bayramova həzin səsi ilə bir çox tanınmış müğənnilərin diqqətini çəkib, onun ifa etdiyi mahnılar radiolarda səsləndirilib.
Qaynar.info