Ötən gün Kürdəmirin Şilyan kəndindən keçən hissəsində avtomobilin kanala aşması nəticəsində Elşən Hacıyev və Cabir Əhmədov ölüb.
	
Qaynarinfo-nun Unikal-a istinadən məlumatına görə, qəzada ölən Cabir Əhmədovun oğlu da 3 il əvvəl yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. 
	
 
Vətən müharibəsi iştirakçısı olan Yolçu Əhmədov 2022-ci ildə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində baş verən qəzada həlak olub. 
	
Mərhum Y.Əhmədov "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
             
            
Şərhlər