Xəbər lenti

Qəzada ölənlərdən biri hərbçi, digəri ANAMA əməkdaşıdır (VİDEO)
Ölkə16:19 02.02.2023

Qəzada ölənlərdən biri hərbçi, digəri ANAMA əməkdaşıdır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Bərdədə iki avtomobil toqquşub, hadisə nəticəsində 5 nəfər ölüb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həlak olanlardan biri "Mercedes" maşını ilə toqquşan "Niva"nın sürücüsü Quliyev Ceyhun Akif oğludur.
Məlumata görə, Ceyhun Quliyev ANAMA-nın əməkdaşıdır. O, eyni zamanda Vətən müharibəsi iştirakçısı olub. Bundan başqa, qəza nəticəsində Daxili Qoşunların hərbçisi də həlak olub. Hələlik onun kimliyi açıqlanmayıb.