Xəbər lenti

Qəzada ölən neftçinin meyiti 8 ay sonra tapıldı
Ölkə08:47 22.08.2017

Qəzada ölən neftçinin meyiti 8 ay sonra tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində dənizdə itkin düşən daha bir neftçinin meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, operator işləyən, Qaradağ rayonu, Ələt qəsəbəsi sakini Əsədov Samir Atabala oğlunun meyiti avqustun 18-i saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilib.

«Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979 – cu il təvəllüdlü Samir Əsədovun meyiti ailəsinə təhvil verilib. Bu gün Ələtdə dəfn ediləcək.

Qeyd edək ki, S.Əsədov 3 uşaq atasıdır. Bir övladı 6-cı, biri isə 4-cü sinifdə oxuyur. Digəri məktəbə getmir.

Qaynarinfo.Az