Xəbər lenti

Qəzadan xilas olmaq istədi, digər avtomobilin altında qalıb öldü (FOTO)
Ölkə 21:16 18.11.2025

Qəzadan xilas olmaq istədi, digər avtomobilin altında qalıb öldü (FOTO)

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib .

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok ilə hərəkətdə olarkən idarəetməni itirib və "VAZ-2107” markalı avtomobilə çırpılıb.

O, özünü xilas etmək üçün asfalt örtüyünə tullanıb, bu zaman H.Osmanovun idatə etdiyi "Ford Transit” markalı avtomobilin altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çaldırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->